İşğaldan azad olunmuş torpaqlardakı dağıntıları gəlib yerində görmək lazımdır. Kədərli mənzərədir. Müharibə başa çatıb və Azərbaycan öz ərazilərini azad edib. Azad olunmuş torpaqlarda yenidənqurma işlərinin həyata keçirilməsi isə çox sevindiricidir. Bu işlər kifayət qədər vaxt və maddi resurs tələb edir.

Bu sözləri Füzuli rayonuna səfər zamanı Meksikanın “El Universal” qəzetinin əməkdaşı Qabriel Moyssen deyib.

“Meksikaya qayıtdıqdan sonra Azərbaycana səfərim, viran qoyulmuş bu yerlər haqqında silsilə yazılar yazacağam. Bu yazılarda müharibənin dəhşətləri, geriyə qalan problemlər, azad olunmuş ərazilərin yenidən qurulması üçün Azərbaycanın gördüyü işlər və qazanılan uğurlar əks olunacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, avqustun 26-da Latın Amerikası ölkələrindən olan KİV nümayəndələrinin işğaldan azad edilən ərazilərə səfəri başlayıb.