Avqustun 27-də görkəmli yazıçı-dramaturq, şair, jurnalist, tərcüməçi Seyfəddin Dağlının (Seyfəddin Əliağa oğlu Abbasov; 1921-1983) anadan olmasını 100 ili tamam oldu.

“Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” və s. pyeslərin, “Bahar оğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” və s. kitabları ilə oxucuların rəğbətini qazanan ədib 1959-1976-cı illərdə “Kirpi” jurnalının baş redaktoru işləyib.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası yazıçının 100 illik yubileyi münasibətilə silsilə materiallar hazırlayıb. “Seyfəddin Dağlı – 100” adlı virtual və ənənəvi sərgi, eləcə də videoçarxda dramaturqun həyat və yaradıcılığı haqqında geniş məlumat verilir.

Virtual sərgi və videoçarxı kitabxananın “İnstagram” səhifəsində və “Youtube” kanalında izləmək mümkündür.