Xəbər verdiyimiz kimi, “Nizami Gəncəvi İli” çərçivəsində tədbirlər çərçivəsində Ağdaş Regional Mədəniyyət İdarəsi və ARB telekanalının birgə təşkilatçılığı ilə “Sözün sehri” adlı regional televiziya müsabiqəsi keçirilir.

Avqustun 27-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində müsabiqənin ilk seçim mərhələsi olub. Seçimdə Göyçay və Ağdaş rayonlarını təmsil edən 14 və daha yuxarı yaş qrupunda  20 nəfər bədii qiraət həvəskarı iştirak edib.

Tanınmış pedaqoq Bəylər Bəylərov, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı və şair, qiraətçi Vaqif Yaquboğlunun münsifliyi ilə keçirilən seçim turunda 6 nəfər televiziya müsabiqəsində iştirak etmək hüququ qazanıb. Regional televiziya müsabiqəsi yeddi həftə davam edəcək.