Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Heydər Əliyev Mərkəzində regional idarənin və ARB telekanalının birgə təşkilatçılığı ilə reallaşan “Sözün sehri” adlı regional televiziya müsabiqəsinin birinci və ikinci seçim mərhələsi keçirilib. Birinci seçim turunda Göyçay və Ağdaş rayonlarını təmsil edən 14 və daha yuxarı yaş kateqoriyasında olan 20 nəfər, ikinci seçim turunda isə Zərdab və Ucar rayonlarını təmsil edən 15 nəfər bədii qiraət həvəskarı iştirak edib. Tanınmış pedaqoq Bəylər Bəylərov, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı və şair, qiraətçi Vaqif Yaquboğlunun münsifliyi ilə keçirilən seçim turlarında ümumilikdə 12 nəfər 7 həftə davam edəcək televiziya müsabiqəsində iştirak etmək hüququ qazanıb.

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzinin kino zalında Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Nizami” filminin nümayişi olub.

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nizami irsinin tədqiqində və təbliğində Heydər Əliyevin əvəzsiz xidmətləri” başlıqlı tədbir keçirilib.

NURƏDDİN