Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala Dövlət Rəsm Qalereyası əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə açıq havada sərgi təşkil edib.

Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan şəhər Mərkəzi Kitabxanasında Türkiyənin Zəfər Bayramı (30 avqust) münasibətilə “Bir millət, iki dövlət” adlı tədbir keçirilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşəbbüsü ilə Birinci vitse-prezident Mehriban Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş “Birinci xanım” adlı film nümayiş olunub.

Şəmkir Regional Mədəniyyət İdarəsi Göygöl rayonu üzrə nümayəndəliyin təşkilatçılığı ilə Göygöl şəhərinin yaranmasının 202-ci ildönümü münasibətilə təməli 1854-cü ildə bölgədə yaşayan almanlar tərəfindən qoyulan kilsə (kirxa) binasına və Göygöldə yaşamış sonuncu alman Viktor Klaynın hazırda muzey kimi fəaliyyət göstərən evinə ekskursiya keçirilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsi Füzuli şəhər 2 nömrəli Uşaq incəsənət məktəbinin Rəssamlıq və xoreoqrafiya şöbəsinin müdiri Qalib Zeynalov Dövlət Sərhəd Xidmətinin “Zəfər yürüşlü sərhədçilər” mövzusunda yaradıcılıq müsabiqəsində III yerə layiq görülüb.

Masallı Regional Mədəniyyət İdarəsi Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Xeyirxahlıq və ümid simvoluna çevrilən Mehriban xanım Əliyeva” adlı tədbir təşkil olunub.

Masallı rayon Mərkəzi Kitabxanasında Abdulla Şaiqin (1881-1959) anadan olmasının 140 illiyi ilə əlaqədar tədbir keçirilib. Kitabxananın direktoru Əlhəddin Nəzərov ömür yolundan və ölkəmizdə maarifçiliyin inkişafına verdiyi töhfələrdən söz açıb.

Regional idarənin tabeliyindəki Yardımlı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “CvCentr” layihəsi üzrə tədbir keçirilib. Gənclərə CV formasının hazırlanma qaydası və işə qəbulla bağlı məsələlər barədə məlumat verilib.

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər MKS-nin kənd kitabxana filialları səyyar kitabxana xidməti təşkil ediblər.

N.MƏMMƏDLİ