Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayonunun Səbətlər kəndində Vətən müharibəsi şəhidi Tamerlan Səfərovun adına xatirə bulağının açılışı olub. Açılışda rayon MKS-nin Səbətlər, Vəlvələçay kənd kitabxana filiallarının və Təngəaltı kənd klubunun əməkdaşları iştirak ediblər.

Quba rayon MKS-nin II Nügədi kənd kitabxanasının əməkdaşları kənd qəbiristanlığında Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları “Şəhidlər ölməz, Vətən bölünməz!” devizi altında rayonun Şəhidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan rayon qəhrəmanlarının məzarlarını ziyarət ediblər.

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Heydər Əliyev Mərkəzində yazıçı Gülsüm Adilqızının 2016-cı ilin Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyevə həsr etdiyi “Murad ömrü” kitabının təqdimatı keçirilib.

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon C.Rəhimov adına Qaşqaçay kənd Folklor evində Vətən müharibəsi qazisi Mail Məmmədov və müharibə iştirakçısı Əhməd Həsənovla görüş keçirilib.

Sabirabad Regional Mədəniyyət İdarəsi Saatlı rayon MKS-nin 35 saylı Novruzlu kənd kitabxana filialı tərəfindən I Qarabağ müharibəsi şəhidi Çingiz İbrahimovun xatirəsinə həsr olunmuş sərgi təşkil edilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Nizami kənd Sənətkarlıq evinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhid və qazilərinin ailələri ilə görüş keçirilib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası açıq havada Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş sərgi təşkil edib. Sərgidə Milli Qəhrəmanların həyatını və döyüş yolunu əks etdirən materiallar nümayiş olunub.

N.MƏMMƏDLİ