Moskvada MDB ölkələrinin iştirakı ilə dəyirmi masa

 

Sentyabrın 10-da Moskva Kitab Evində “Müasir kitab yayımı. Rusiyanın və MDB ölkələrinin kitab ticarəti müəssisələrinin təcrübəsi” mövzusunda dəyirmi masa keçiriləcək.

Dəyirmi masa iştirakçıları hazırkı dövrdə kitab ticarətinin vəziyyəti ilə bağlı aktual məsələləri müzakirə edəcəklər. Tədbirdə ölkəmizi Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva təmsil edəcək.

Müzakirələr başa çatandan sonra 2020-ci ilin yekunlarına əsasən keçirilmiş müsabiqədə qalib gəlmiş kitab ticarəti müəssisələri və kitab mağazaları MDB İcraiyyə Komitəsinin fəxri fərmanları ilə təltif ediləcək.