“Milli Məclisin payız sessiyasında kitab məhsullarının vergi və gömrük rüsumlarından azad edilməsi məsələsi müzakirə ediləcək”.

Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, payız sessiyasında “2022-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsinin, “Lombardlar haqqında” qanun layihəsinin, “Ələt Azad İqtisadi Zonası haqqında” qanuna dəyişiklik edilməsinin, “Vergi Məcəlləsi”nə dəyişikliyin (kitab məhsullarının vergilərdən və gömrük rüsumlarından azad edilməsi) və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.