Baş katiblə xələfinin görüşündə müzakirə edilib

 

Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Osaymin və iki aydan sonra onu bu vəzifədə əvəz edəcək Hissein Brahim Taha qarşıda duran vəzifələri müzakirə ediblər.

Yeni seçilmiş Baş katibə uğurlar arzulayan əl-Osaymin yeni qlobal çağırışlar fonunda İƏT-in fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə qeyd olunub ki, təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsi böyük əhəmiyyətə malikdir. Hazırda dünyanın ikinci böyük dövlətlərarası təşkilatı olan İƏT 4 qitəni əhatə edir, həmçinin İslam ölkələrinin səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, müsəlmanların hüquqlarının müdafiəsində mühüm rol oynayır.

Hissein Brahim Taha ötən ilin noyabrında Nigerin paytaxtı Niameydə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasında coğrafi bölgüyə uyğun olaraq, rotasiya qaydasında Afrika qrupunun namizədi kimi təşkilatın Baş katibi seçilib. O, noyabrın 1-də fəaliyyətə başlayacaq.