Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası əzəli Azərbaycan torpağı olan doğma Qarabağın qədim tarixinin, zəngin təbiəti və rəngarəng mədəniyyətinin təbliği məqsədilə materiallar hazırlamaqda davam edir. “Qarabağ – füsunkar təbiət, mədəniyyət və qədim tarixin qovuşduğu Azərbaycan torpağı” layihəsi üzrə təqdim olunan virtual kitab sərgisi və videoçarx da bu qəbildəndir.

Virtual kitab sərgisində Sabir Rüstəmxanlının “Qarabağa dönüş”, Ənvər Çingizoğlu və Rizvan Qarabağlının “Qarabağda sənət və sənətkarlar”, Səbinə Əhmədovanın “Qarabağ –ədəbi, mədəni mühiti”, Əsədulla Cəfərovun “Qarabağ ulu Vətənimizdir”, Tomas de Vallın “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında”, Şəmistan Nəzərlinin “1920-ci ildə Qarabağ döyüşləri”, Mirzə Camal Cavanşir Qarabağinin “Qarabağ tarixi”, Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” və s. kitablar nümayiş olunur.

Layihə çərçivəsində hazırlanan videoçarxda Qarabağın simvolu hesab edilən xarıbülbül çiçəyi, Qarabağ atları, Cıdır düzü, İsa bulağı, Topxana meşəsi və s. haqqında məlumat verilir.

Virtual kitab sərgisi və videoçarxda Şövkət Ələkbərovanın ifasında “Cənnətim Qarabağ” və Təyyar Bayramovun ifasında “Anadır arzulara hər zaman Qarabağ” mahnıları səsləndirilib.

İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallara bu linklər vasitəsilə baxa bilərlər:

https://www.instagram.com/tv/CTRzfXZlDks/

https://www.instagram.com/tv/CTMstKmlbam/