Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, nasir, şair-publisist Pərixanım Mikayılqızının “Şəhid mundiri” kitabı işıq üzü görüb.

Kitabda yer alan eyniadlı povest 2016-cı ilin Aprel döyüşlərindən bəhs edir. Əsərdə ailənin yeganə övladı Cavidin ömür yolundan, hərbçi həyatından, eləcə də nakam məhəbbətindən danışılır. Povestdə müəllif Cavidin həyatını çox maraqlı, təsirli və kövrək notlarla qələmə alıb.

“Borçalı” nəşriyyatında çapdan çıxan kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, naşiri filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalıdır. Kitabda Aprel döyüşlərində şəhid olan əsgər və zabitlərimizin siyahısı da verilib.