Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Baş Assambleyası çərçivəsində XXI Ali Səviyyəli hibrid toplantısını, həmçinin VIII Qlobal Bakı Forumu Təşkilat Komitəsinin üçüncü iclasını təşkil edəcək.

Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, “What Does Peace and Stability Mean in 21st Century?” (“XXI əsrdə sülh və sabitlik nə deməkdir?”) şüarı ilə keçiriləcək XXI Ali Səviyyəli hibrid toplantıda iştirakçılar – Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Moratinos, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin, Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Belçikanın sabiq Baş naziri İv Leterm, Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç, Amerika Xarici Əlaqələr İnstititunun prezidenti Susan Elliott, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, İngiltərənin sabiq Baş naziri Qordon Braun, Bosniya və Herseqovinanın Prezidenti Şefik Caferoviç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev və başqaları dünyanı narahat edən sülh və təhlükəsizlik, postpandemiya dönəmi, Cənubi Qafqaz regionunda inkişaf perspektivləri, Əfqanıstan və Qərbi Balkan ölkələri ilə bağlı vəziyyəti müzakirə edəcəklər.