Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev sentyabrın 6-da bununla bağlı sərəncam imzalayıb.

Sənətşünaslıq doktoru, professor Fərəh Əliyeva 1961-ci il sentyabrın 7-də Bakı şəhərində anadan olub. Azərbaycan musiqi tarixinə dair kitabların müəllifidir. Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri, 2014–2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifələrində çalışıb.

Professor Fərəh Əliyevanı yubileyi və dövlət təltifi münasibətilə təbrik edirik.