Bakı və Kiyev arasında “Qardaşlaşmış şəhərlər” statusu haqqında saziş üzərində son tamamlanma işləri gedir. Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasından məlumat verilib.

Məlumata görə, saziş iki şəhər arasında əlaqələri yeni müstəviyə çıxaracaq. 1997-ci ildə Bakı ilə Kiyev arasında əməkdaşlığa dair saziş bağlanıb. İmzalanacaq yeni saziş iki şəhər arasında ticarət, mədəniyyət, turizm sahələrində əməkdaşlığı gücləndirəcək, yeni çağırışlara cavab verəcək.