Xəbər verdiyimiz kimi, 3-7 sentyabr tarixində Bakıda IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalda uşaqlar və böyüklər üçün 40 ölkədən 200-ə yaxın animasiya filmi nümayiş etdirilib. Builki festivalın mövzusu “Əlillik” idi.

Festivalın beynəlxalq münsiflər heyətinin tərkibi  Nancy Denney-Phelps (sədr) və Nik Phelps (Belçika),  Olivier Catherin (Fransa), Mariam Kandelaki (Gürcüstan), Piotr Kardas (Polşa), Mehdi Khorushy və Maryam Rouhbakhsh (İran), Məsud Pənahi  və İradə Bağırzadə  (Azərbaycan) kimi peşəkarlardan ibarət olub.

Ənənəvi olaraq bu il də festivalın uşaq münsifləri fəaliyyət göstərib. Onlar festival müddətində maarifləndirici və əyləncəli uşaq proqramında iştirak etdikdən sonra “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi” kateqoriyaları üzrə iki qalibi seçiblər.

Sentyabrın 7-də festivalın bağlanış mərasimində qaliblər elan olunub.

“Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” təsvir rejissoru Ramiz Ağayev festivalın “Qızıl qayıq” mükafatına layiq görülüb.

 

Beynəlxalq müsabiqənin qalibləri

“Ən yaxşı tammetrajlı animasiya filmi” (Grand Prix) – “The Knight and the Princess”, rejissorlar Bashir Eldik və Ibrahim Musa, Səudiyyə Ərəbistanı, Misir.

“Ən yaxşı qısametrajlı animasiya filmi” (Grand Prix) – “Kitchen by Measure”, rejissorlar Sólrún Ylfa Ingimarsdóttir və Atli Arnarsson, İslandiya.

“Qısametrajlı animasiya filmi üçün ən yaxşı ssenari” (Grand Prix) – “Weird Witches and Fall”, müəllif Lana Ra, Ukrayna.

“Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” – “Emsahar”, rejissor Hassan Al-Jahni, Qətər.

“Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi” – “Monster”, rejissor Koosha Yusefi, İran.

“Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi” – “Rites of Spring”, rejissor Yiorgos Tsangaris, Kipr.

“Ən yaxşı qısametrajlı tələbə animasiya filmi” – “Three Jumps to Happiness”, rejissor Artur Hanaj. Polşa.

“Ən yaxşı televiziya və ya İnternet animasiya seriyalı” – “Mitch-Match”, rejissor Géza M. Tóth, Macarıstan.

“Ən yaxşı musiqili animasiya videosu” – “Agapito”, rejissorlar Rafael Vidal Altabert və Julián Gómez Caballero, İspaniya.

 

Yerli müsabiqənin qalibləri

"Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" – “Araqçın”, rejissor Firəngiz Qurbanova.

“Qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi” – “Balaca qırmızı şar”, müəllif Günel Eminli.

 

Beynəlxalq münsiflər heyətinin xüsusi seçimi mükafatları

Sədr Nancy Denney-Phelps-in xüsusi seçimi mükafatı – “Swipe”, rejissor Arafat Mazhar, Pakistan.

Heyətin üzvü Nik Phelps-in xüsusi seçimi mükafatı – “Navozande, the Musician”, rejissor Reza Riahi, Fransa.

Heyətin üzvü Məsud Pənahinin xüsusi seçimi mükafatı – “İnitli”, rejissor Ruslan Kərimov, Azərbaycan.

Heyətin üzvü Olivier Catherin-in xüsusi seçimi mükafatı – “The Red Pen”, rejissor Raffaele Gabrielli, İngiltərə.

Heyətin üzvü Piotr Kardas-ın xüsusi seçimi mükafatı – “Sisters”, rejissor Andrea Szelesová, Çexiya.

Heyətin üzvü Maryam Kandelaki-nin xüsusi seçimi mükafatı – “Nothing is Here”, rejissor Kaiyun Yang, Tayvan.

Heyətin üzvü Mehdi Khorushy-nin və Maryam Rouhbakhsh-in xüsusi seçimi mükafatı – “Tio”, rejissor Juan Medina, Meksika.

Festival çərçivəsində gənc animasiya həvəskarları üçün vorkşoplar, Məsud Pənahinin ustad dərsi, Olivier Catherinin kino və animasiya prodüserləri üçün ustad dərsi və Nik Phelps və Nancy Denney-Phelps tərəfindən bəstəkarlar və səs rejissorları üçün seminarlar təşkil olunub.

IV “Animafilm” Beynəlxalq Animasiya Festivalının təşkilatçısı “Peri Film” şirkəti festivalın ərsəyə gəlməsində dəstəyi olan bütün tərəfdaşlara, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, “Kreativ Azərbaycan” portalına, Fransanın Azərbaycandakı Səfirliyinə, Azərbaycandakı Fransız İnstitutuna, Annecy Beynəlxalq Animasiya Film Festivalına, Çex Respublikasının Azərbaycandakı Səfirliyinə, YARAT Müasir İncəsənət Məkanına, Polşa Respublikasının Azərbaycandakı Səfirliyinə, Salaam Sinemaya, “Hadigro” şirkətinə, “Mr Chemical” şirkətinə, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə, “Ritual Mobil Theater Laboratory” teatr platformasına, “Seni” şirkətinə, “Promo Plus” şirkətinə, “Kekalove Adaptive Fashion” şirkətinə səmimi təşəkkürünü bildirir.