Sentyabrın 10-da Xalq artisti, professor, milli vokal məktəbinin görkəmli nümayəndəsi Mobil Əhmədovun (1931–2006) anadan olmasının 90 illiyi tamam olur.

Əməkdar artist Ramil Qasımov müəllimi Mobil Əhmədovun əziz xatirəsinə ehtiram olaraq  “Ustadımın yolu ilə” adlı film-konsert hazırlayıb.

“Ustadımın xatırəsi mənə hər zaman əziz və doğmadır. Yaradıcı nailiyyətlərimə görə Mobil Əhmədova borclu olduğumu hər zaman qeyd edirəm. “Ustadımın yolu ilə” filmində onun indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yaratdığı sənət incilərinin nümunələri toplayaraq, onun ifa etdiyi üslubda yenidən özüm ifa etdim. Bu əsərlərin hər biri Azərbaycan klassik ənənələrinin zənginliyinə köklənir” – deyə Ramil Qasımov bildirib.

Film-konsert sentyabrın 10-da “Mədəniyyət”, ARB və “Xəzər” telekanallarında nümayiş olunacaq.