Sentyabrın 13-dən 21-dək Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində “Mədəni İrs Həftəsi” keçiriləcək.

Həftə çərçivəsində sentyabrın 14-15-də qədim Xivə şəhərində UNESCO-nun iştirakı ilə “Mərkəzi Asiya dünya sivilizasiyasının ayrıcında” adlı Beynəlxalq mədəniyyət forumu təşkil olunacaq.

Tədbirdə sosial və humanitar elmlər üzrə alimlər, filosoflar, tarixçilər, şərqşünaslar, linqvistlər, sənətşünaslar, antropoloqlar, əlyazmalar və miniatürlər üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edəcək.

Dünyanın 46 ölkəsindən 350-dən artıq nümayəndənin qatılacağı forumda Azərbaycan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulur.

“Mədəni İrs Həftəsi” çərçivəsində “Özbəkistanın mədəni irsi – yeni Renessansın bünövrəsi” adlı konqres də keçiriləcək.