Respublika Gənclər Kitabxanası böyük söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə silsilə layihələr həyata keçirir. Kitabxananın hazırladığı “Ustad el aşığı” metodik vəsaiti bu qəbildən növbəti layihədir.

Ölkəmizdə fəaliyyət göstərən kitabxanaların əməkdaşları üçün nəzərdə tutulan vəsaitdə Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, Azərbaycan ədəbiyyatının görkəmli simalarının ustad haqqında fikirlər yer alıb. Həmçinin  Azərbaycanda el sənətinə göstərilən qayğının bariz nümunəsi olan rəsmi sənədlər diqqətə çatdırılır.

Metodiki vəsaitdə sənətkarın 200 illik yubileyi çərçivəsində kitabxanalarda keçiriləcək tədbirlər haqqında tövsiyələr də yer alıb, o cümlədən Aşıq Ələsgər irsinin kitabxanalarda təbliği mövzusuna geniş diqqət ayrılıb. Vəsaitdə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə hazırlana biləcək “biblioqrafik icmal”ın əsasında aşıq yaradıcılığına həsr olunmuş bir sıra kitabların annotasiyaları da təqdim edilib.

“Ustad el aşığı” metodik vəsaiti Respublika Gənclər Kitabxanasının saytında  yerləşdirilib:

https://ryl.az/files/ustad_el_ashigi.pdf