27 sentyabr – Anım Gününəhəsr olunmuş sərgi keçiriləcək

 

Mədəniyyət Nazirliyi, “ASAN Xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi açılacaq. 

Sərginin ekspozisiyasında Azərbaycanın rəssam və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr etdiyi əsərləri yer alacaq.

Sərgidə iştirak etmək istəyən rəssamlar sentyabrın 20-dək mövzuya uyğun rəsmlərinin keyfiyyətli fotosunu, əsərin adını, ölçüsünü və texnikasını, öz ad, soyad və əlaqə nömrələri ilə birgə resmqalereya@gmail.com ünvanına göndərə bilərlər.

Qeyd edək ki, sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi qaydalara uyğun keçiriləcək.