“Mücrü” nəşriyyatı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Qələbəsinin ildönümü münasibətilə “Qarabağ Zəfəri” qısa hekayə müsabiqəsi elan edib. Müsabiqənin məqsədi çağdaş Azərbaycan ədəbiyyatına dəstək olmaq, oxucuların Qələbəmizə yaradıcı müstəvidə münasibətini üzə çıxarmaqdır.

“Qarabağ Zəfəri” qısa hekayə müsabiqəsinə göndərilmiş əsərlərin həcmi 44 sözdən çox olmamalıdır. Yalnız Azərbaycan dilində olan hekayələr qəbul olunur, iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Müəlliflər əsərləri ad və təxəllüsünü, əlaqə nömrəsini qeyd etməklə qisahekaye@gmail.com elektron ünvanına göndərməlidirlər. Əsər qəbulu 8 noyabradək davam edəcək.

İlk 10 yeri tutmuş müəlliflər kitab dəstləri və başqa hədiyyələrlə mükafatlandırılacaq, ilk 5 yerin qalibi diplomla təltif olunacaq. Müsabiqəyə göndərilmiş əsərlər kitab halında nəşr ediləcək.

Müsabiqənin şərtlərinə uyğun əsərlər www.mucru.art portalında yayımlanacaq.