Azərbaycan stendi Moskvada sərgidə mükafata layiq görülüb

 

Moskva şəhərində 7-9 sentyabrda keçirilən “Отдых – Leisure” beynəlxalq sərgi və forumunda Azərbaycanın stendi mükafata layiq görülüb.

Turizm potensialını sərgiləyən digər iştirakçı ölkələr arasında seçilmiş Azərbaycan stendinə “Ən yaxşı təqdimat” nominasiyası üzrə mükafat təqdim olunub.

Xatırladaq ki, 27-ci dəfə təşkil olunan forum-sərgidə ölkəmizdən “Azərbaycan Hava Yolları” QSC (AZAL), Azərbaycan Hotel Assosiasiyası, Naxçıvan Turizm Departamentinin nümayəndələri, eləcə də 11 yerli turizm şirkəti iştirak edib.

Forum çərçivəsində “Azərbaycanın turizm imkanları və yeni marşrutların inkişafı” mövzusunda xüsusi sessiya keçirilib.

Tədbir çərçivəsində 40 müxtəlif mövzulu sessiyada 15 ölkədən 200-dən çox spiker çıxış edib.