AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi (MATM) Etnoqrafiya elmi fond şöbəsinin kiçik elmi işçisi Fatma Qəniyevanın “Azərbaycan ənənəvi mədəniyyətində qonaqpərvərlik etnik marker kimi” adlı məqaləsi “Motif akademi halkbilimi” beynəlxalq elmi jurnalında (Türkiyə) yer alıb. Məqalə MATM-ın Etnoqrafiya fondunun materialları əsasında hazırlanıb.

Muzeydən bildiriblər ki, məqalədə əsasən qonaqpərvərlik adətinin ailə və ailə məişəti ilə sıx qarşılıqlı əlaqədə formalaşması, həmçinin istər maddi, istərsə də mənəvi mədəniyyət elementlərinin öyrənilməsinə xidmət edən əşyaların istifadə üsulları və son olaraq bu prosesin icrasında vacib element olan davranış qaydalarından bəhs olunur.