İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi qrupunun növbəti onlayn iclası keçirilib.

Toplantıda işğaldan azad edilmiş ərazilərin planlaşdırma sənədlərinin hazırlanması, regiondakı yaşayış məntəqələrinin yenidən qurulması, zəruri infrastrukturun yaradılması və yerli əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində aparılan işlərin icra vəziyyəti haqqında məlumat verilib.

Ağdam şəhərinin Baş planına əsasən həyata keçirilən layihələr, digər şəhərlərin baş planlarının hazırlanması istiqamətində müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Rəqəmsal Geoinformasiya sisteminə inteqrasiya olunmalı qurumlar üzrə hesabat təqdim edilib.