Milli Musiqi Gününə həsr olunan videoçarx hazırlanıb...

18 sentyabr – Azərbaycan professional musiqisinin, milli bəstəkarlıq məktəbinin yaradıcısı, mədəniyyət tariximizin qızıl səhifələrini təşkil edən bir çox ilklərin müəllifi banisi Üzeyir Hacıbəylinin doğum günü – ölkəmizdə Milli Musiqi Günü ("Üzeyir Musiqi Günü”) kimi qeyd olunur.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayının nəzdində yaradılan “Prodüser mərkəzi” Milli Musiqi Günü münasibəti ilə sosial videoçarx hazırlayıb.

Videoçarxın hazırlanmasının əsas məqsədi dahi bəstəkar Üzeyir Hacıbəyli irsinin, klassik musiqimizin Azərbaycan gənclərinə təbliğ edilməsidir.

Layihənin ideya müəllifi Əməkdar artist Ramil Qasımov, səs rejissoru Cavid Cavad oğlu, aranjimançısı Coşqun Qadaşov, vokal üzrə rəhbəri İnarə Babayeva, prodüseri Fərid Mərddir. Sosial videoçarxda Mədinə Ağayeva, Emin Məmmədov, Rəşad Ağayev, Əntiqə Yusifova, Kənan Məmmədzadə yer alıblar.

Videoçarxı bu linkdə izləmək olar: http://mct.gov.az/az/umumi-xeberler/13726