“ASAN Radio” və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə həyata keçirdiyi “Ədibin Evindən hekayələr” media layihəsi davam edir.

Layihənin məqsədi rəqəmsal mühitdə gənc nəsli mütaliəyə həvəsləndirmək, ədiblərimizin klassik hekayələrini tanıtmaqdır.

Layihənin növbəti buraxılışında görkəmli yazıçı, ədəbiyyatşünas, pedaqoq Mir Cəlalın (1908-1978) məşhur “Ay İsmayıl, başa sal” (1962) hekayəsi təqdim olunub.

Əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Şəbnəm Hüseynova qiraət edib. Aktrisa mütaliənin insanın dünyagörüşünün formalaşmasında rolu haqqında fikirlərini bölüşüb, ilk oxuduğu bədii əsər barədə danışıb.

Hekayəni bu linki vasitəsilə dinləmək olar: https://www.facebook.com/ASANRadio/videos/434985968212322