Rəsm əsəri muzeyə hədiyyə edilib

 

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə rəsm əsəri təqdim olunub.

Muzeydən bildirilib ki, tanınmış rəssam Hüseyn Hacıyev dahi bəstəkarın “O olmasın, bu olsun” operettası əsasında lentə alınmış kinokomediyadan (1956) məşhur qonaqlıq səhnəsi ilə bağlı çəkdiyi illüstrasiyanı muzeyə təqdim edib.