Sentyabrın 23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki Opera studiyasında “Azərbaycan opera inciləri” filminin təqdimatı keçirildi. Təqdimat Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının proqramı əsasında reallaşırdı.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş filmdə Əməkdar artist Ramil Qasımov Üzeyir Hacıbəylinin “Koroğlu”, Əfrasiyab Bədəlbəylinin “Nizami”, Müslüm Maqomayevin “Nərgiz”, Reinhold Qlierin “Şahsənəm”, Fikrət Əmirovun “Sevil” və Ramiz Mustafayevin “Vaqif” operalarında əsas partiyaları ifa edib.
İdeya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov olan “Azərbaycan opera inciləri” filmi Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinə və zəngin ənənələri olan Akademik Opera və Balet Teatrının fəaliyyətinə həsr olunub.
NURƏDDİN