Azərbaycanda səfərdə olan İranın xarici işlər nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur və Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğur sentyabrın 23-də Ağdam rayonuna səfər ediblər.

Qonaqlar rayonun işğaldan azad edilmiş ərazilərində vəziyyətlə, erməni işğalının izləri ilə tanış olublar. Onlara Qarabağ xanlığının qurucusu Pənahəli xanın mülkü – “İmarət” kompleksində ermənilərin törətdiyi dağıntılar, Xan qızı Xurşudanu Natəvanın dağıdılmış, təhqir olunmuş türbəsi, erməni vandalimizinin nişanəsi olan digər yerlər göstərilib. Qonaqlar otuz ilə yaxın davam etmiş işğalın şahidi – Ağdam Cümə məscidində də olublar.

Qeyd edək ki, sentyabrın 22-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Bakıda “Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri” adlı konfrans keçirilib.

Konfransda İran xarici işlər nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur və Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğurun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.