Türk dünyasının böyük saz-söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə daha bir nəşr işıq üzü görüb.
“Aşıq Ələsgərin poetik və musiqi dünyası” adlı kitabın elmi redaktoru və ön söz müəllifi, mərhum filosof və musiqişünas, professor Babək Qurbanovdur.
Kitaba Xalq şairi Osman Sarıvəllinin Aşıq Ələsgərin 150 illiyi ilə bağlı yazdığı “Qüdrətli şair, ustad sənətkar” adlı tədqiqat əsəri ilə yanaşı, sənətşünaslıq doktoru, professor İlqar İmamverdiyevin ustad aşığın 200 illiyi münasibətilə nota saldığı 200 saz havası daxil edilib.
Kitab xalq yaradıcılığı və aşıq sənəti ilə məşğul olan mütəxəssislər, saz ifaçılığının tədrisini həyata keçirən pedaqoqlar, tələbələr, habelə Azərbaycanın milli musiqi irsinə maraq göstərən hər kəs üçün maraqlı mənbədir.