Qazaxıstanlı gənc bəstəkar və ifaçılar – 15 yaşlı Nurali və 20 yaşlı Qalamat Beysekoja qardaşları Almaniyada mükafata layiq görülüblər. Mərasim Karlsrue şəhərində keçirilib.

Karlsrue Texnoloji İnstitutun nəzdindəki İncəsənətə, Media və Elmə Dəstək Fondu istedadlı gənclərə xüsusi mükafatlar təqdim edib.

Qalamat Beysekoja təəssüratını belə bildirib: “Çox xoşdur ki, bizim yaradıcılığımızı yüksək qiymətləndirənlər var. Nurali görkəmli bəstəkar, mən isə görkəmli bəstəkar-küyşü elan edildim”. Kiçik qardaş Nurali isə bunları söyləyib: “Konsert əla keçdi! O qədər ilham almışam ki, burada olduğum müddətdə “Xoşbəxtliyə doğru yol” adlı yeni əsər bəstələdim”.

İncəsənətə, Media və Elmə Dəstək Fondunun sədri Saule Tatubayeva deyib: “Çox gənc olmalarına baxmayaraq, Nurali artıq 250 əsərin müəllifidir. Qalamata gəlincə isə, indiyədək dobmranı onun qədər məharətlə dilləndirən ikinci ifaçını eşitməmişəm”.

Qardaşlar konsertdə həm solo, həm də klassik və xalq musiqisini sintez edərək duet olaraq çıxış ediblər.

Nurali və Qalamat öz sosial şəbəkə hesablarında belə bir palyaşım da ediblər ki, “Diriliş: Ərtoğrul”, “Quruluş: Osman” türk seriallarının aktyoru Ladibek Fatih ilə birgə yeni layihəyə başlayıblar. “Turan” adlı musiqili layihə bütün türk dünyasına həsr olunur.

GÜLCAHAN