Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin noyabrın 17-də imzaladığı sərəncama əsasən, Kərim Məhəmməd oğlu Tahirov Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə ordenə layiq görülüb.

Qeyd edək ki, noyabrın 12-də Əməkdar mədəniyyət işçisi, kitabxanaşünas alim, professor Kərim Tahirovun 70 yaşı tamam olub.

Professor Kərim Tahirovu yubileyi və dövlət təltifi münasibətilə təbrik edirik.