Milli Məclisin noyabrın 23-də keçirilən iclasında 2022-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəsi keçirilib.

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda qəbul edilib.

Layihəyə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat, xərcləri 29 milyard 879 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 25 milyard 874 milyon 497 min manat, yerli gəlirləri 941 milyon 503 min manat, mərkəzləşdirilmiş xərcləri 28 milyard 900 milyon 41 min manat, yerli xərcləri 978 milyon 959 min manat) məbləğindədir.