Avstriya və Almaniyada pandemiyanın kəskinləşməsi üzündən koronavirusla yeni mübarizə üsullarını sınamağa qərar veriblər.

Almaniyanın Bavariya və Saksoniya əyalətlərində hökumət məhdudiyyətlərin tətbiqinə başlayıb. Məhdudiyyətlər mədəni həyatı da yenidən donduracaq. Bavariya Operası 2021-ci il dekabrın 15-dək bağlı olacaq. Drezden Operasında da tamaşalar bir həftə müddətinə təxirə salınıb.

Avstriyada isə noyabrın 22-dən bütün teatrlar, konsert salonları və muzeylər lokdaun səbəbindən bağlıdır. Karantinin dekabrın 12-dək davam edəcəyi güman olunur.

Ötən bazar günü Rixard Vaqnerin “Uçan holland” operası Vyana Dövlət Operasında üçhəftəlik bağlanışdan əvvəl sonuncu tamaşa olub. Amma yasaq tədbirləri məşqlərə təsir göstərməyəcək. Barri Koskinin quruluş verdiyi “Don Juan” operasının premyerasının, planlaşdırıldığı kimi, dekabrın əvvəlində baş tutacağı bildirilir

15 dekabr tarixindən Avstriyanın mədəniyyət müəssisələri yalnız peyvənd olunmuş vətəndaşların üzünə açıq olacaq.

GÜLCAHAN