Rusiyanın Samara vilayətində hökmdar, sərkərdə və fateh Əmir Teymurun (1336–1405) heykəli ucaldıla bilər. Abidənin Samara vilayətində Kondurça çayının yaxınlığında qoyulması planlaşdırılır. Özbəkistan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2021-ci il tarixli qərarında belə deyilir.

Sənədə əsasən, Özbəkistan hökuməti  600 il bundan əvvəl Əmir Teymurun Qızıl Orda hökmdarı Toxtamış xanın üzərində qələbəsi şərəfinə qoyulacaq heykəli Rusiya Federasiyasına verəcək. Qərarda Samara diyarşünaslarının Kondurça çayı sahilində qoyduqları xatirə daşının yerində Əmir Teymuru və onun döyüşçülərini təsvir edən abidə-kompozisiyanın qurulması üçün baxış-müsabiqənin keçirilməsi də təklif edilir.

Müsabiqənin yekunlarına görə Özbəkistan tərəfi Rusiyanın Xarici İşlər və Mədəniyyət nazirlikləri ilə birlikdə heykəlin qoyulması haqqında memorandum imzalamaq niyyətindədir. Layihənin 2023-cü ilədək başa çatdırıması nəzərdə tutulub.

GÜLCAHAN