Yazıçı, publisist Təranə Vahidin “Qarışqa təqvimi” hekayələr kitabı çapdan çıxıb. Kitabda müəllifin son illərdə qələmə aldığı “Dəfn nəğmələri”, “Mən toz dənəsiyəm”, “Göy üzü qanamışdı”, “Uçan buludlar”, “Durna adam”, “Xırda bəhanələr” və başqa hekayələri yer alıb.

Xatırladaq ki, Təranə Vahidin eyniadlı hekayələr kitabı bu ilin martında İstanbulda Türk Ədəbiyyatı Vəqfinin “Türkay” nəşriyyatında çap olunub və türkiyəli oxucular tərəfindən maraqla qarşılanıb.

Yazıçının 2013-cü ildə işıq üzü görən “Cənnətdən yuxarı” kitabı da oxucu auditoriyasının marağına səbəb olmuşdu.