Sumqayıt Dövlət Dram Teatrı kiçik yaşlı tamaşaçılar üçün hazırladığı “Göyçək Fatma”  tamaşasını təqdim edib.

Nümayişdən öncə teatrın direktor müavini, Əməkdar artist Vidadi Məmmədov çıxış edərək balaca tamaşaçıları salamlayıb. Qeyd edib ki, Sumqayıt teatrı hər zaman kiçik yaşlı tamaşaçılarını düşünərək  onların asudə vaxtlarının xoş keçməsi, eyni zamanda mənən zənginləşməsi üçün  tamaşalar hazırlayır.

Uşaqların böyük maraqla qarşıladığı səhnə əsərinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva quruluş verib. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluş müəllifi Rusiya Ali Teatr Məktəbinin məzunu Vüsal Mehrəliyevdir. Rollarda Aynur Hümmətova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Gülnarə Qədirova, Mətanət Əmrullayeva, Yeganə Məmmədəliyeva, Elmir Mehdiyev, Kamran Muradlı, İlqar İbrahimov, Rövşad İlyasov, Ceyhun Məhərrəmov, Şəmistan Süleymanlı, Fizuli Qərənizadə, İradə Zeynalova çıxış edirlər.