Türk Dövlətləri Təşkilatı noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə təşkilatın “Twitter” səhifəsində paylaşım edilib. Paylaşımda deyilir: “Bu gün Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyir, qardaş Azərbaycan xalqına və qəhrəman Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı veririk”.