Mədəniyyət Nazirliyində tanınmış klarnet ifaçısı, Əməkdar artist Akif Qürbətovla görüş keçirilib.

Nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova ifaçını 70 illik yubileyi münasibətilə təbrik edib.

Akif Qürbətova nazirliyin fəxri fərmanını təqdim edən şöbə müdiri onun Azərbaycan musiqi mədəniyyətində, instrumental ifaçılıq sənətində xidmətlərini, eləcə də gənc nəslin musiqi tərbiyəsində uzunmüddətli səmərəli fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, Azərbaycan musiqisini dünyanın bir çox ölkələrində (İngiltərə, Misir, İraq, İsveçrə, Rusiya, Fransa, Türkiyə, Almaniya və b.) layiqincə təmsil edən sənətkar 2011-ci ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.