Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməldaşları ölkəmizin ərazi bütövlüyünün bərpasında şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini əziz tutur, qazilərlə görüşlər təşkil edirlər.

Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ) Sumqayıt Dövlət Rəsm Qalereyasında Vətən müharibəsi şəhidi Nadir Rzayevin doğum günü münasibətilə “Bir şəhidin həyat səhifəsi” adlı xatirə gecəsi keçirilib.

Gəncə RMİ Kəlbəcər rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşları Vətən müharibəsi qaziləri Ramin Əsgərov, İlkin Mamedov, Ruslan Süleymanov və Samir Xəlilovla görüş keçirib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov Vətən müharibəsi şəhidi Rafail Hüseynovun anım mərasimində iştirak edib. Mərasimdə Masallı Xalq teatrının kollektivi və Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə şəhidin xatirəsinə ithaf olunmuş “Şuşa fatehi” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.