Bakı Uşaq və Gənclər Teatrı Beynəlxalq Əlillər Günü (3 dekabr) münasibətilə Bakı Reabilitasiya Mərkəzində müalicə və bərpa kursu keçən Vətən müharibəsi qaziləri üçün tədbir təşkil edib.

Tədbirdə Əfruz Əliyeva, Ədalət Ağaverdiyev, Yusif ifasında musiqi nömrələri və teatrın repertuarında xüsusi yer tutan “Vətən” tamaşası nümayiş olunub.

“Vətən” tamaşası Azərbaycanın Dövlət Himninə və Dövlət Bayrağına həsr olunub. Dövlət atributlarına, Azərbaycanın tarixinə və keçdiyi mübarizə yoluna hörmət, vətənpərvərlik hissləri aşılayan tamaşada rolları Niyaz İlyasoğlu, Rauf Hüseynli, Qurban Əhmədov ifa edirlər.