Bakı Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 34 saylı Uşaq musiqi məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş konsert keçirilib.

Dekabrın 25-də gerçəkləşən konsertdə məktəbin Fortepiano şöbəsinin şagirdləri Malik Qədimzadə, Süleyman Ramaldanov, Leyla Abdullah, Məryəm Baratzadə, Tələt İsrafilzadə, Aytən Şirinova, Aysel Rəhimova, Aysun Bağırova, Ayan Əliyeva, Samirə Qasımova, Xalq çalğı alətləri şöbəsinin şagirdləri Mirhüseyn Vəliyev, Həkimə Məmmədzadə, İbrahim Qasımov, Əli Mərdalıyev iştirak ediblər. Məktəbin xor kollektivi və saz ansamblı da rəngarəng nömrələr təqdim edib.  

Musiqi axşamında Yeni ilə həsr olunmuş musiqilər, dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Bayram konsertində Mədəniyyət Nazirliyi Protokol sektorunun əməkdaşı Mənzərxanım Nurəliyeva, İncəsənət şöbəsinin müdir müavini Sara Muradova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və digər qonaqlar iştirak ediblər.