İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) tələbələr “Creative Spark” (“Yaradıcı qığılcım”) layihəsi ilə tanış olublar.

Mərkəzdən bildirilib ki, layihənin ölkə üzrə meneceri Elnur Əliyev tələbələrə proqramın komponentləri, “Big idea” videotəqdimat müsabiqəsi, tərəfdaş universitetlərin tələbələri üçün yaratdığı imkanlar və layihənin uğur hekayələri haqqında ətraflı məlumat verib.

Görüşdə keçiriləcək silsilə tədbirlərə dair müzakirələr aparılıb.

Layihə İİTKM və Nyukasl Universiteti (Newcastle University)  ilə birgə Britaniya Şurasının (British Council) dəstəyilə icra olunur. 2018-ci ildə Britaniya Şurası tərəfindən yaradılan bu layihə minlərlə tələbə, məzun və sahibkara innovativ biznes ideyaları ilə yenilik gətirir, həmçinin gənclərin yaradıcı iqtisadiyyatda rolunu artırır.