Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İctimai fənlər kаfеdrаsının professoru Məhərrəm Zülfüqarlının Azərbaycan regionlarında olan yəhudi tarixi abidələrinə həsr etdiyi elmi məqalə “Web of Science” və “Scopus” bazalarına daxil olan “Voprosı istorii” (Rusiya) jurnalında nəşr olunub.

ATMU-dan bildirilib ki, məqalədə Quba şəhərinin Qırmızı qəsəbəsində, Oğuzda, Şamaxıda, İsmayıllının Mücü və Mücü-Həftəran kəndlərində kompakt halda yaşamış və yaşamaqda davam edən yəhudi xalqının tarixi abidələri haqqında geniş məlumat verilib.