Mingəçevir Dövlət Dram Teatrına yeni baş rejissor təyinatı olub. Mədəniyyət naziri Anar Kərimovun imzaladığı müvafiq əmrə əsasən, Vüsal Mehrəliyev teatrın baş rejissoru vəzifəsinə təyin edilib. V.Mehrəliyev yanvarın 27-də teatrın kollektivinə təqdim edilib.

Nazirliyin Gəncə Regional Mədəniyyət İdarəsinə baş məsləhətçi – Kəlbəcər rayonu üzrə nümayəndə təyin edilib. Nazir Anar Kərimovun əmri ilə bu vəzifəyə Xaliq Muxtarov təyinat alıb.