Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Metodika və biblioqrafiya şöbəsinin müdiri Vəsilə İsgəndərova və Uşaq şöbəsinin sistem inzibatçısı Elvira Məmmədova Xocalı faciəsi ilə əlaqədar metodik məktub hazırlayıblar.

Metodik məktub Xocalı şəhəri haqqında məlumatla başlayır. Daha sonra,1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərinə hücumu, dinc sakinlərə qarşı həyata keçirdikləri soyqırımı əks olunur. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalı faciəsi ilə bağlı fikirlərinin də yer aldığı məlumatda bu soyqırımı haqqında xarici mətbuatın yazdıqlarından da bəhs edilir.

Məktubda həmçinin Xocalı faciəsinə həsr olunmuş 4 şeir, 3 videoçarx, 4 elektron resurs yer alıb. Metodiki məktubla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

http://yasamal.cls.az/front/files/libraries/81/documents/550500479.pdf

***

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəxri oxucusu, yazıçı-publisist Zöhrə Əsgərova bu günlərdə yeni yazdığı “Balıqquşun əhvalatı” hekayəsini kitabxanaya təqdim edib.

Balıqla quş bir-birini necə başa düşə bilərdi? Dənizdə Balıqquşun dərdləşə bildiyi və gözəllikdə tayı-bərabəri olmayan dostu kim idi? Qızılbalığın sözlərindən sonra çox narahat olaraq hökmdarı tanımaq istəyən balığın dərisindən çıxıb quşa çevrilən Balıqquşu nələrin şahidi olur? Oxucuların bu və digər suallara cavab tapacağı hekayədə həmçinin yaxşı əməllərlə pis əməllər müqayisə edilir, ədalətsiz hökmdar tənqid olunur.

“Balıqquşun əhvalatı” hekayəsini http://yasamal.cls.az/front/files/libraries/81/documents/671343170.pdf linkindən oxuya bilərsiniz.