Baş katibdən təbrik paylaşımı

 

ATƏT-in baş katibi Helqa Şmid təşkilata üzvlüyünün 30 illiyi münasibətilə Azərbaycanı təbrik edib.

Helqa Şmid özünün “Twitter” hesabında bununla bağlı paylaşım edib.

30 il əvvəl Azərbaycanla yanaşı təşkilata üzv olan digər 13 ölkəni də təbrik edən baş katib ATƏT-in bu ölkələrin tarixinin bir hissəsi olması ilə fəxr etdiyini vurğulayıb.

Xatırladaq ki, 30 yanvar 1992-ci ildə Praqada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (o vaxt ATƏT belə adlanırdı) Xarici İşlər Nazirləri Şurasının toplantısında  Azərbaycan Respublikası bu beynəlxalq quruma üzv qəbul olunub.