Prezident İlham Əliyev fevralın 1-də Zərifə Teymur qızı Salahovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Zərifə Salahova Azərbaycan Respublikasının ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Fevralın 2-də Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın 90 yaşı tamam olur. Qocaman mədəniyyət xadimi Azərbaycandan çox uzaqlarda da tanınan Miniatür Kitab Muzeyinin yaradıcısıdır.

Zərifə xanımı yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edirik.