Prezident İlham Əliyev fevralın 1-də “2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncam Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifi nəzər alınaraq imzalanıb.

Sərəncama əsasən, elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2022-ci il Gənclər üçün Prezident mükafatları verilib: Axundova Lalə Əhməd qızı; Bayramova Emiliya Polad qızı; Əliyev Azər Ruslan oğlu; Gülaliyeva Səyyarə Müşfiq qızı; Hidayətov Coşqun Hikmət oğlu; Hüseynov Orxan İsa oğlu; Xəlilli Əliqənbər Yadigar oğlu; Qasımov Əziz Kamal oğlu; Quliyev Azər Alik oğlu; Muradov Suad Rəşad oğlu.