Ulu öndər Heydər Əliyevin fərmanı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin (1997) 25-ci ildönümü çeşidli mədəniyyət ocaqları tərəfindən də layihə və tədbirlərlə qeyd olunur.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “2 Fevral – Azərbaycan Gəncləri Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub.

Sərgi ilə bağlı məlumatda vurğulanır ki, bu gün ölkəmizdə gənclər siyasəti yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Virtual sərgidə görkəmli şəxslərin gənclər haqqında fikirləri, rəsmi sənədlər, fotolar, Azərbaycan gəncliyi, gənclər siyasəti, müasir gəncliyin problemləri haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Sərgini bu linkdə izləmək olar: http://anl.az/el/vsb/2_Fevral_Azerbaycan_Gencleri_Gunu/index.htm