Dünya opera səhnəsinin ulduzları Anna Netrebko və Yusif Eyvazov Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə çıxış edəcəklər.

24 iyul tarixinə təyin olunan konsertdə məşhur vokalçıları Rusiyanın ən parlaq gənc dirijorlarından sayılan Denis Vlasenkonun idarəsi ilə Özbəkistan Milli Simfonik Orkestri müşayiət edəcək.

Fransız bariton Lüdovik Tezye və Rusiyadan opera müğənnisi, messo-soprano Yelena Jidkova möhtəşəm vokal musiqisi gecəsinin xüsusi qonaqları olacaqlar.

Dünya operasının dörd mühüm vokal səsi – tenor, bariton, soprano və messo-soprano səsi üçün yazılmış məşhur ariya və digər vokal janrlar üçün bəstələnmiş musiqi əsərlərinin yer alacağı konsertin təşkilatçısı Özbəkistan Respublikası Mədəniyyət Nazirliyidir.

Gülcahan